MKİ: Rusiyalı yeni əsgərlər cəmi 20–30 dəqiqə yaşayır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Rətklif bildirib ki, Ukraynada döyüş meydanına göndərilən rusiyalı yeni hərbçilərin orta ömür müddəti cəmi 20–30 dəqiqə təşkil edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu vəziyyət Ukraynanın süni intellekt əsaslı pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə etməsi ilə bağlıdır. Rətklif qeyd edib ki, bu dronlar ucuz, ixtisaslaşmış və yüksək effektiv zərbə vasitələrinə çevrilib.
İdarənin direktoru əlavə edib ki, Ukraynanın PUA-lardan və digər assimetrik müharibə üsullarından uğurla istifadə etməsi Rusiyanın irəliləyiş tempini nəzərəçarpacaq dərəcədə ləngidib və tərəflər arasında qüvvələr balansını müəyyən qədər bərabərləşdirib.
Rətklif, həmçinin bildirib ki, hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir. Onun sözlərinə görə, 18 ay əvvəl İdarə direktoru vəzifəsinə başladığı zaman bu göstərici 19 faiz idi.
18:08 18.07.2026
Oxunuş sayı: 69