İran: ABŞ-nin zərbələri nəticəsində ölənlərin sayı 50-yə çatıb
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 50-yə yüksəlib, 500-dən çox insan isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" İran Səhiyyə Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, həlak olanlar arasında beş qadın və 18 yaşdan kiçik iki nəfər də var.
Məlumata əsasən, zərbələr nəticəsində yaralananların sayı 500 nəfəri ötüb. Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi bildirilib.
16:07 18.07.2026
Oxunuş sayı: 69