İranın hücumu nəticəsində Küveytin əsas neft obyektlərindən biri zədələnib
İranın həyata keçirdiyi hücumlar nəticəsində Küveytin əsas neft obyektlərindən biri zərər görüb, hadisə zamanı bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, Küveyt Dövlət Xəbər Agentliyi "KUNA" bu barədə Küveyt Neft Şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, İranın hücumları nəticəsində ölkənin həyati əhəmiyyət daşıyan neft sənayesi obyektlərindən birinə ziyan dəyib.
Bildirilir ki, insident zamanı bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
Agentlik zərər görən neft obyektinin adını açıqlamayıb.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.
17:14 18.07.2026
Oxunuş sayı: 70