Pakistan: Səudiyyə Ərəbistanına hücum bizə qarşı hücum sayılacaq
Səudiyyə Ərəbistanına qarşı həyata keçiriləcək istənilən hücum Pakistana hücum kimi qiymətləndiriləcək.
Crossmedia.az xəbər verir ki, "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri bildiriblər.
Məlumata görə, Pakistan hakimiyyəti regionda gərginliyin daha da artmasından narahatdır.
Bildirilir ki, İslamabadın əsas narahatlığı birbaşa İran deyil, Yəməndə fəaliyyət göstərən husi hərəkatının ata biləcəyi addımlardır. Pakistan hesab edir ki, husilərin mümkün hərbi əməliyyatları regiondakı vəziyyəti daha da gərginləşdirə və ölkəni münaqişəyə cəlb edə bilər.
Pakistan rəsmiləri vəziyyəti yaxından izlədiklərini və regional sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
15:56 18.07.2026
Oxunuş sayı: 75