İraq Suriyanı Livandakı vəziyyətə müdaxilə etməməyə çağırıb
İraq hakimiyyəti Suriya rəhbərliyini Livandakı vəziyyətə qarışmamağa çağırıb və bu istiqamətdə atılacaq addımların Suriyanın təhlükəsizliyi üçün nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, "Al Akhbar" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Bağdad ABŞ və Səudiyyə Ərəbistanının "Hizbullah"ın fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş təzyiqləri fonunda Dəməşqə Livan istiqamətində hər hansı müdaxilənin qəbuledilməz olduğunu çatdırıb.
Bildirilir ki, İraq tərəfi Suriyaya xəbərdarlıq edərək qeyd edib ki, əgər Suriya ərazisindən "Hizbullah"a və ya Livan şiələrinə qarşı təhlükə yaranarsa, "İraq müqavimət qrupları" buna cavab verə bilər.
Mənbələrin iddiasına görə, Suriya Prezidenti Əhməd əş-Şaraa Vaşinqtonun Dəməşqi "Hizbullah"a qarşı çıxmağa və Livandakı böhrana müdaxilə etməyə çağırdığını təsdiqləyib. Lakin o, bu təklifi rədd etdiyini bildirib.
15:32 18.07.2026
Oxunuş sayı: 82