Hulusi Akar: S-400 məsələsi həll olunandan sonra F-35 proqramı bərpa ediləcək
Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar S-400 zenit-raket kompleksləri və F-35 proqramı ilə bağlı məsələnin yaxın gələcəkdə həllini tapa biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Akarın sözlərinə görə, F-35 proqramının dayandırılmasına səbəb Türkiyənin S-400 sistemlərini alması olub.
"S-400 məsələsi bu və ya digər şəkildə həll ediləcək. Hadisələrin inkişafını gözləyirik və görünür ki, bu baş verəcək. Bu məsələ həll olunan kimi F-35 proqramı birbaşa bərpa ediləcək", – deyə o bildirib.
Hulusi Akar qeyd edib ki, Türkiyənin F-35 layihəsində mövqeyi kifayət qədər güclü idi.
"Biz F-35 üçün 1000 detal istehsal edən ölkə idik. Məhz 1000 detal istehsal edirdik. Bu məsələ həll olunacaq. Buna əminik", – deyə komitə sədri vurğulayıb.
15:24 18.07.2026
Oxunuş sayı: 61