İranın yeni ali liderinin ilk beynəlxalq təması Putinlə ola bilər
İranın yeni ali liderinin ilk beynəlxalq əlaqəsinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və ya görüş formasında baş tuta biləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə iranlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni ali liderin ilk xarici siyasi təması Rusiya rəhbəri ilə əlaqə ola bilər.
Məlumatda söhbətin telefon danışığı və ya üzbəüz görüşdən getdiyi qeyd edilib.
Rəsmi Tehran bu məsələ ilə bağlı hələlik açıqlama verməyib.
13:36 18.07.2026
Oxunuş sayı: 52