Zaxarova Almaniya səfirinin əlini niyə sıxmadığını açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın Rusiyadakı səlahiyyət müddəti başa çatan səfiri Aleksander Lambsdorfun əlini sıxmamasının səbəbini açıqlayıb. O, bunu Almaniyadakı "açıq rusofobiyaya" münasibətini ifadə etmək üçün etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, diplomatik protokolda qarşı tərəfin uzatdığı əli sıxmaq məcburi deyil.
"Qarşı tərəfin uzatdığı əli sıxmaq protokolda məcburi tələb deyil. Bu, seçimdir və mən bu seçimdən istifadə etdim. Bundan əlavə, protokol həm də mövqeyin ifadə edilməsidir. Mən bu jestimlə açıq rusofobiyaya münasibətimi nümayiş etdirdim", – deyə o bildirib.
Məlumata görə, Aleksander Lambsdorf daha əvvəl mediaya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı zaman Mariya Zaxarovanın onun əlini sıxmadığını demişdi.
Qeyd edək ki, Aleksander Lambsdorf 2023-cü ilin avqustundan Almaniyanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. Onu bu postda Klemens fon Getse əvəz edəcək.
12:51 18.07.2026
Oxunuş sayı: 56