Bonnie Taylerin vəfat etdiyi barədə yayılan xəbərlər təsdiqini tapmayıb
Sosial şəbəkələrdə əfsanəvi uelsli müğənni Bonnie Taylerin vəfat etdiyi barədə yayılan məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Crossmedia.az xəbər verir ki, sosial mediada yayılan iddialarda müğənninin Portuqaliyada xəstəxanada 75 yaşında vəfat etdiyi bildirilsə də, bu məlumatı təsdiqləyən etibarlı və ya rəsmi açıqlama yoxdur.
Paylaşımlarda Bonnie Taylerin may ayından xəstəlik səbəbindən müalicə aldığı, əməliyyatdan sonra səhhətinin yaxşılaşdığı düşünüldüyü halda qəfil vəfat etdiyi iddia edilir.
Bonnie Tyler "Total Eclipse of the Heart" və "Holding Out for a Hero" kimi məşhur mahnıları ilə tanınır. Onun xırıltılı səsi musiqi dünyasının ən fərqləndirici vokallarından biri hesab olunur. Müğənninin səsinin 1970-ci illərdə boğaz əməliyyatından sonra tövsiyələrə əməl etməyərək erkən danışması nəticəsində dəyişdiyi bildirilir.
Hazırda Bonnie Taylerin vəfatı ilə bağlı rəsmi açıqlama verilməyib və etibarlı beynəlxalq KİV-lər bu məlumatı təsdiqləməyib. Buna görə də sosial şəbəkələrdə yayılan iddialara ehtiyatla yanaşmaq tövsiyə olunur.
09:18 19.07.2026
Oxunuş sayı: 73