İrandan ABŞ-yə XƏBƏRDARLIQ: Cəhənnəm yaradacağıq
İran Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini, kontr-admiral Həbibulla Səyyari ABŞ-yə xəbərdarlıq edərək, ölkə sahillərinə çıxarma cəhdinin ağır nəticələr doğuracağını bildirib.
Crossmedia.az xəbər verir ki, "IRNA" agentliyi bu barədə məlumat yayıb.
Həbibulla Səyyari bildirib ki, əgər düşmən İran sahillərinə qoşun çıxarmağa cəhd etsə, geri qayıda bilməyəcəyi bir "cəhənnəmə" düşəcək.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkənin sahillərini istənilən xarici müdaxiləyə qarşı tam hazırlıqlı vəziyyətə gətirib və mümkün hücumlara qətiyyətlə cavab verməyə hazırdır.
16:22 08.07.2026
Oxunuş sayı: 47