Tramp: ABŞ Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları ləğv edəcək
Vaşinqtonun Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları ləğv edəcək.
Crossmedia.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüş zamanı deyib.
"Mən deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik", – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq Ankaraya qarşı sanksiyalar tətbiq etmişdi. Bu qərar iki NATO müttəfiqi arasında münasibətlərdə gərginliyə səbəb olmuşdu.
17:23 07.07.2026
Oxunuş sayı: 64