ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası təşkil ediləcək
İyulun 7–dən 15-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyası keçiriləcək.
Bu barədə Crossmedia.az-a Azərbaycanın Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, sessiyada Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və əyani formatlarda iştirak edəcək.
Assambleyanın ümumi müzakirələri çərçivəsində Kamran İmanovun onlayn formatda çıxışı nəzərdə tutulur.
13:42 06.07.2026
Oxunuş sayı: 51