Azərbaycanın Mərakeşdəki səfiri Diplomatik Fondun görüşünə qatılıb
Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov bu ölkədə Diplomatik Fondun 155-ci görüşündə iştirak edib.
Crossmedia.az xəbər verir ki, N. Səmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Mərakeşin Ədalət və İnkişaf Partiyasının (PJD) yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Diplomatik Fondun 155-ci görüşündə iştirak etdim", - o bildirib və əlavə edib ki, müzakirələr əsasən Mərakeşdə qarşıdan gələn parlament seçkilərinə, eləcə də beynəlxalq əməkdaşlıq və siyasi dialoq məsələlərinə həsr olunub.
N. Səmədovun sözlərinə görə, görüşdə konstruktiv və faydalı fikir mübadiləsi aparılıb.
20:13 30.06.2026
Oxunuş sayı: 46