YAP ilə "Belaya Rus" arasında imzalanan memorandum müzakirə olunub
Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və "Belaya Rus" partiyasının sədri Olqa Çemadanova arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Belarus nümayəndə heyətinin Azərbaycana son səfəri çərçivəsində Şuşada imzalanmış Yeni Azərbaycan Partiyası (YAP) və "Belaya Rus" partiyası arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumun icrası məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan-Belarus münasibətlərinin bir sıra istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını və konkret təklifləri müzakirə ediblər.
Qeyd edək ki, "Belaya Rus" Belarus Prezidenti Aleksandr Lukaşenkonun siyasi kursunu dəstəkləyən mərkəzçi və hakimiyyətyönümlü siyasi partiyadır.
18:21 30.06.2026
Oxunuş sayı: 52