ŞAD XƏBƏR: 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq
Biz ilk dəfə 2015-ci ildə müəllimləri diaqnostik qiymətləndirməyə cəlb edə bildik. Bununla da həftəlik dərs yükü 12 saatdan 18 saata qaldırıldı, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırıldı.
Crossmedia.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə
elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, setifikatlaşdırmanın tətbiqindən sonra uğur qazanmış heyətin əməkhaqqısı 10 faiz, yüksək nəticə göstərmiş heyətin isə əməkhaqqısına 35 faiz artım edilib. Artıq 2027-ci ildə sertifikatlaşdırma imtahanı bütün müəllimləri əhatə edəcək.
E.Əmrullayev qeyd edib ki, müəllimlərin “kurikulum” suallarına qarşı xofu var: "51 bal oradan gəlir ki, öz fənnini bilən adam 50 suala cavab verir. Heç olmasa 1 suala da metodikadan düz cavab verirsə biz o müəllimi yüksək nəticə göstərmiş müəllim hesab edirik".
Ayhan
10:57 30.06.2026
Oxunuş sayı: 49