Paşinyanın tarixi çıxışı yenidən gündəmdə: Xalqını "xəstə" adlandırmışdı
Cənubi Qafqazda onilliklər boyu davam edən geosiyasi buzlar yerini tamamilə yeni və rasional reallığa verir. Azərbaycanın regionda diktə etdiyi və sülhün fundamental əsasını təşkil edən qarşılıqlı iqtisadi asılılıq strategiyası növbəti praktiki bəhrəsini verib: Bakıdan İrəvana doğru hərəkət edən növbəti neft qatarı təkcə yanacaq deyil, həm də iki ölkə arasında imzalanması gözlənilən yekun sülh müqaviləsinin iqtisadi təminatını daşıyır. Keçmişin stereotiplərini qıran bu addım, Azərbaycanın yaratdığı yeni regional nizamın və qarşılıqlı etimad mühitinin sadəcə bəyanatlardan ibarət olmadığının, relslər üzərində hərəkət edən real sübutudur.
Bu barədə politoloq Qabil Hüseynli Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Azərbaycandan Ermənistana növbəti dəfə neft daşıyan qatarın yola düşməsi ticarət əlaqələrinə müsbət təsir etməklə yanaşı, sülh müqaviləsinin daha tez imzalanmasına da təsir göstərəcək: "İyulun yeddisində keçirilən parlament seçkilərində "Mülki Müqavilə" partiyasının sədri Nikol Paşinyanın qalib olması Ermənistan xalqı üçün daha yaxşı oldu. Çünki, bundan öncəki erməni rəhbərləri Azərbaycan xalqına olmazın böhtanlar atır, reallıqları qəbul etmək istəmirdilər".
Politoloq Paşinyanın çıxışlarından birini də misal gətirib: "O, demişdi ki, mənim xalqım xəstədir, mən xalqımı xilas etməliyəm, onları Apastol kilsəsinin təlqin etdiyi murdar cəhətlərdən azad etməliyəm. Paşinyan Azərbaycanın qalib olduğunu artıq qəbul edib. B, təbii ki, müsbət bir haldır. Əlavə olaraq biz müşahidə edə bilərik ki, Ermənistan baş naziri tərəfindən ölkəmiz əleyhinə hər hansı bir əks xarakterli çıxış olmayıb".
Turqut Ansari
13:00 29.06.2026
Oxunuş sayı: 64