Hörmüz boğazı bağlanmayıb və bağlanmaq ehtimalı da yoxdur
İran-ABŞ münaqişəsinin mərkəzində dayanan əsas məsələ Hörmüz boğazının taleyidir. Belə ki, ABŞ boğazın açılmasında israr etsə də, İran müəyyən şərtlər irəli sürüb və yalnız o şərtlərin qəbulundan sonra boğazı açacağını deyib. Qeyd edək ki, boğazın iqtisadi mahiyyəti çox böyükdür. Belə ki, dünya xam neft ixracının təxminən 20%-i və mayeləşdirilmiş təbii qazın (LNG) 30%-ə qədəri məhz bu boğazdan keçir. Boğaz vasitəsilə gündəlik 20 milyon barelə yaxın neft dünya bazarlarına daşınır. Bu da onu göstərir ki, boğazın bağlanması dünya bazarındakı qiymət artımına ciddi təsir göstərə bilər.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:

“Neft qiyməti hazırda birjada 0,62 faiz düşüb. Belə ki, neft qiyməti günlük əsasla 0,7 faiz düşür. Bu isə o deməkdir ki, nə hörmüz boğazı bağlanıb, nə də bağlanmaq ehtimalı gözdən keçirilir. Yayılan xəbərlərdən də görünür ki, tərəflər yol xəritəsində artıq razılaşıblar. Liderlərin bütün təhdid və bəyanatlarını qırağa qoyduqda görürük ki, gün sonunda razılaşma və uyğunlaşma olur. 3 aydır ki, Hörmüz boğazı bağlı idi və neftin qiyməti 120 dollara qalxmışdı. İndi isə 80 dollar civarındadır”.
Ayhan
14:25 22.06.2026
Oxunuş sayı: 57