Azərbaycanlı gənc vokalçı Milan Konservatoriyasının bakalavriat səviyyəsinə qəbul olub
Azərbaycanlı gənc vokalçı Atilla Qərib dünyanın nüfuzlu musiqi ali təhsil ocaqlarından biri olan Cüzeppe Verdi adına Milan Konservatoriyasının Klassik Vokal (Canto Lirico) bakalavr proqramına qəbul olub.
Crossmedia.az xəbər verir ki, bu nailiyyətlə Atilla Qərib həmin proqram üzrə qəbul olunan ilk azərbaycanlı tələbə və eyni zamanda, bu uğura nail olan ən gənc azərbaycanlı ifaçıdır. Xatırladaq ki, Atilla beynəlxalq müsabiqələr laureatıdır.
Onun əldə etdiyi bu nəticə Azərbaycan musiqi sənəti və ümumilikdə mədəniyyəti üçün mühüm hadisədir və Azərbaycanın gənc istedadlarının beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək. Atilla Qəribin beynəlxalq müsabiqələrdə qazandığı uğurlar və laureat adları isə bu nailiyyətin təsadüfi olmadığını, onun artıq gənc yaşlarından peşəkar vokal sənətində özünü təsdiqlədiyini göstərir.
Milan şəhəri əsrlərdən bəri dünya opera sənətinin mərkəzlərindən biri hesab olunur və İtaliyanın ən nüfuzlu opera ənənələrinə ev sahibliyi edir. Şəhərdə yerləşən məşhur “Teatro alla Scala” dünyanın önəmli opera səhnələrindən biri kimi tanınır və Milanı qlobal opera sənətinin aparıcı mərkəzlərindən birinə çevirir. Milan Konservatoriyası isə dünya musiqi mədəniyyətinə görkəmli bəstəkarlar, dirijorlar və ifaçılar bəxş edib.
17:38 20.06.2026
Oxunuş sayı: 44