Şuşada bayram namazı qılınıb
Ramazan bayramı ilə münasibətilə Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.
Crossmedia.az xəbər verir ki, mərasimdə Şuşa sakinləri iştirak ediblər.
Bayram namazında dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
12:09 20.03.2026
Oxunuş sayı: 52