Avropa

Avropa İttifaqı ucuz kampaniya ilə məşğuldur - AÇIQLAMA

Avropa Birliyi (AB) ölkələri Türkiyə vətəndaşları üçün yeni məhdudiyyət tətbiq etməyə hazırlaşır. Bu çərçivədə Türkiyə vətəndaşlarının da Bolqarıstan vasitəsilə etdiyi müraciətlər üçün yeni məhdudiyyətlərin tətbiqinə hazırlıq gedir. Komissiyanın keçirdiyi ilin son iclasında müəyyən edilən xəritədə səyahət sərhədləri aydın xətlərlə çəkilib, Ankara isə bu sərhədlərdən kənara çıxarılıb. Bəs Bolqarıstan vasitəsilə edilən müraciətlərə qoyulan məhdudiyyətlərin səbəbləri nədir? Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərə bu qərarların təsiri nə ola bilər?

Məsələ ilə bağlı politoloq Kazım Kazımov Crossmedia.az saytına açıqlamasında bildirib ki, ümumiyyətlə Türkiyə və Avropa İttifaqı arasında münasibətlər son illərdə kifayət qədər gərginləşib:

"Bunun bir çox səbəbləri var. Birincisi Türkiyəyə Suriya və zaman-zaman İraq və Əfqanıstan ərazisindən qaçqın axını baş verir. Bunun nəticəsində Avropa Türkiyəni sanki bir qaçqın düşərgəsi kimi görməyə başlayıb. Təbii ki, bu da Türkiyədə həm höküməti, həm xalqı, həm də müxtəlif siyasi qüvvələri kifayət qədər narahat edir. Eyni zamanda Türkiyənin Şərqi Aralıq dənizində, Şimali Kipr Türk Respublikasının dəniz sərhədləri içərisində həyata keçirdiyi müəyyən fəaliyyətləri var ki, bu, qanuni şəkildə hayata keçirilir. Lakin Avropa İttifaqı bunu qəbul etmək istəmir və Türkiyəyə qarşı bir çox çıxışlar edir. Digər tərəfdən islamofobiya Avropada kifayət qədər güclənib, yəni müsəlmanlar, islami dəyərlər Avropada tərbiyədən kənar şəkildə təhqir edilir. Buna da haqlı olaraq Türkiyədən tez-tez sərt reaksiyalar olur".

Həmçinin politoloq qeyd edib ki, Türkiyənin Avropa İttifaqına namizəd ölkə olmasına baxmayaraq, Avropa İttifaqı Türkiyəyə verdiyi vədləri, xüsusilə də maliyyə yardımlarını yerinə yetirmir:
 
"Avropa İttifaqı haqsız yerə Türkiyəni tez-tez  tənqid edir. Belə olan təqdirdə bu gün Avropa İttifaqı Türkiyənin əslində müstəqil siyasət həyata keçirməsindən narahatdır. Hansı ki, Qarabağ məsələsində də anti-azərbaycan qüvvələri və anti-türkiyə qüvvələrinin çevrilişi baş vermişdi. Onlar Türkiyənin bir çox  üstünlüklərini əlindən almağa çalışırlar ki, Türk vətəndaşları Avropaya getməsin və bu, Türkiyədə narazılığa səbəb olsun. Bu, sadəcə ucuz bir kampaniyadır".

Gülşad İbrahimova

11:18 05.12.2024

Oxunuş sayı: 5889

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR