Trampın Qrenlandiya "iştahı" ona baha başa gələ bilər- İmpiçmenti gündəmdə
ABŞ prezidenti Donald Tramp impiçment riski ilə bağlı narahatlıqlar fonunda Qrenlandiyanı hərbi yolla ələ keçirmək planından imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, həm demokrat, həm də respublikaçı qanunvericilər Ağ Evi xəbərdar ediblər. Qrenlandiyaya qarşı güc tətbiqi prezidentə qarşı impiçment prosesinin başlanmasına səbəb ola bilər.
Respublikaçı Partiya daxilində də bəzi üzvlərin mümkün impiçment təşəbbüsündə demokratları dəstəkləyə biləcəyi bildirilib.
Bu xəbərdarlıqlardan sonra Tramp administrasiyasının mövqeyində dəyişiklik müşahidə olunub.
Agentliyin yazdığına görə, yaranmış siyasi risklər səbəbindən prezidentin ritorikası yumşalıb.
Qrenlandiya ətrafında son dövrlər müşahidə edilən gərginlik azalıb.
19:25 26.01.2026
Oxunuş sayı: 479