İran ssenarisi böyüyür: Bakı və Ankara oyuna girə bilər
ABŞ Prezidenti Donald Tramp İrana yönəlik mümkün sərt ssenarilərdə ölkənin mürəkkəb etnik balansını, xüsusilə İran türklərinin mövqeyini diqqətdən kənarda qoymamalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşrinin təhlilində qeyd olunub.
Məqalədə vurğulanır ki, İranda 1979-cu il inqilabı zamanı Azərbaycan Sovet İttifaqının tərkibində qapalı durumda idi və regionda təsir imkanları məhdud qalırdı. Müstəqillikdən sonra isə Azərbaycan uzun müddət Ermənistanla müharibə şəraitində zəif mövqedə olub və İranın daxili balansında həlledici rol oynamayıb.
Lakin indiki mərhələdə vəziyyət dəyişib. Azərbaycan NATO standartlarına uyğun orduya malikdir, Türkiyə ilə dərin strateji əlaqələr qurub və İsrail ilə sıx təhlükəsizlik tərəfdaşlığına sahib yüksələn regional güc kimi çıxış edir.
Təhlildə bildirilir ki, İranda zorakı daxili münaqişə ssenarisi reallaşarsa, Azərbaycan çox güman Türkiyənin dəstəyi ilə öz soydaşlarını qorumaq üçün proseslərə müdaxilə etmək məcburiyyətində qala bilər. Bu isə regionda yeni və daha geniş geosiyasi nəticələr doğura bilər.
18:48 26.01.2026
Oxunuş sayı: 547