ABŞ nümayəndə heyəti İrəvanda nəyi müzakirə etdi?
Ermənistan Milli Məclisinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri Sargis Xandanyan ABŞ Konqresinin Beynəlxalq Münasibətlər Komitəsinin peşəkar aparat nümayəndə heyətini qəbul edib.
Crossmedia.az bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.
“Ermənistan ilə ABŞ arasında strateji tərəfdaşlıq prosesini yüksək qiymətləndirərək, TRIPP layihəsinin həyata keçirilməsinin önəmi barədə müzakirələr apardıq və bu istiqamətdə gələcək planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi etdik. Həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi prosesi üzrə son hadisələrə toxunduq”, — deyə Xandanyan bildirib.
Turqut Ansari
18:01 26.01.2026
Oxunuş sayı: 515