Rusiya mediası Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ ETDİ
Cənubi Qafqaz Rusiya üçün strateji baxımdan yeni Baltik dənizi rolunu almağa başlayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, regionun Qara dəniz və Xəzər dənizi istiqamətində Rusiyanın çıxış imkanlarını qismən məhdudlaşdırmaq potensialı onun əhəmiyyətini daha da artırır.
Məqalədə vurğulanır ki, bu geosiyasi mövqe Cənubi Qafqazı Ukrayna münaqişəsindən sonra Rusiyanın iştirak etdiyi növbəti iri hərbi əməliyyatlar teatrına çevrilə biləcək əsas regionlardan biri edir.
Rusiya mediasının təhlilinə görə, Cənubi Qafqazda baş verən proseslər Moskvanın regional təhlükəsizlik strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və yaxın perspektivdə bölgə ətrafında hərbi-siyasi risklərin artması istisna edilmir.
17:41 26.01.2026
Oxunuş sayı: 453