Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bloqer Samvel Aşotyana qarşı böhtan (diffamasiya) iddiası ilə məhkəməyə müraciət edib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata əsasən, spiker diffamasiya iddiası üzrə 1 milyon dram məbləğində təzminat, həmçinin vəkil xərcləri və dövlət rüsumu üçün 410 min dram tələb edir.
Bildirilir ki, məhkəmə iddianı icraata qəbul edib. İş üzrə dinləmələrin tarixi və digər detallar hələlik açıqlanmayıb.