Suriya İsraillə ölkə ərazisinin heç bir hissəsi ilə bağlı razılaşma aparmadığını və suveren hüquqlarından geri çəkilməyəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Suriya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Dəməşq İsraillə Suriya torpağının bir kvadrat metri belə barədə razılığa gəlməyib və ölkə ərazisinin hər qarışı geri qaytarılacaq.
Onun sözlərinə görə, Colan təpələri Suriya xalqının tarixi yurdu və Suriya dövlətinin ayrılmaz hissəsidir. “Colan təpələri heç vaxt İsrail ərazisi kimi tanına bilməz. Burada işğala son qoymaq Suriyanın suveren hüququdur”, – deyə vurğulanıb.
Suriya tərəfi bölgədə kürd məsələsinə də toxunaraq, “Kürdistan” adlı ayrıca dövlət qurumunu tanımadıqlarını açıqlayıb. “Suriyada yalnız Suriya dövləti var”, – deyə sözçü qeyd edib.
Açıqlamada PKK-nın terror təşkilatı olduğu vurğulanıb və Hasekedə PKK ilə əlaqəli strukturların kürd xalqına xidmət etmədiyi bildirilib. “Onlar kürd xalqına yalnız bəla və itkilər gətiriblər”, – deyə qeyd olunub.
Bununla yanaşı, Dəməşq kürd mədəni hüquqları ilə bağlı addımlar atıldığını açıqlayıb: kürd dilinin qorunacağı, kürd dilinə xüsusi status verildiyi, dövlət televiziyasında kürd dilində yeni proqramın açılacağı, Novruzun milli bayram elan edildiyi və Haseke ilə Qamışlıda idarəetmənin kürdlərdən formalaşdırılacağı bildirilib.
“Əgər buna razılıq yoxdursa, deməli məsələ kürd məsələsi deyil, PKK məsələsidir”, – deyə Suriya XİN sözçüsü əlavə edib.