Kanada bu ölkə ilə sərbəst ticarəti RƏDD ETDİ
Kanadanın Baş naziri Mark Karni bildirib ki, Ottava Çinlə sərbəst ticarət sazişi bağlamağı planlaşdırmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Kanada bazar iqtisadiyyatı olmayan ölkələrlə bu cür sazişlərə getmək niyyətində deyil. “Bizim Çin və ya bazar iqtisadiyyatı olmayan hər hansı digər ölkə ilə bunu etmək niyyətimiz yoxdur”, – deyə Karni vurğulayıb.
Baş nazir, həmçinin ABŞ Prezidenti Donald Trampın Ottavanın Pekinlə daha geniş ticarət sazişi imzalayacağı halda bütün Kanada mallarına 100 faiz tarif tətbiq ediləcəyi ilə bağlı səsləndirdiyi təhdidləri rədd edib.
Karni qeyd edib ki, Kanada ticarət siyasətini milli maraqlar və ədalətli rəqabət prinsipləri əsasında formalaşdırır və bu məsələdə kənar təzyiqlərə boyun əyməyəcək.
14:47 26.01.2026
Oxunuş sayı: 661