Türkiyə-İran sərhədində bufer zona yaradılacaq?
İranda müharibə ehtimalı yaranacağı təqdirdə Türkiyə miqrant axınının qarşısını almaq məqsədilə İranla sərhəddə “bufer zona” yaradılmasını nəzərdən keçirir.
Crossmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin parlamentin Xarici Əlaqələr Komissiyasına təqdim etdiyi məxfi hesabatda qeyd olunub. Sənəddə mümkün ssenarilər üzrə A, B və C olmaqla üç alternativ planın hazırlandığı bildirilir.
Hesabatda əsas məqsəd kimi Türkiyə–İran sərhədində bufer zona yaradılması və mümkün miqrantların ölkə ərazisinə keçməsinin qarşısının alınaraq onların İran daxilində saxlanılmasına nail olunması göstərilir.
Qeyd olunur ki, planlar regional təhlükəsizlik riskləri, humanitar vəziyyət və miqrasiya təzyiqləri nəzərə alınmaqla hazırlanıb. Rəsmi Ankara mövzu ilə bağlı hələlik açıq açıqlama verməyib.
14:18 26.01.2026
Oxunuş sayı: 420