Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadan Avropa İttifaqı ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə tam qadağa qoyulmasını təsdiqləyib.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, Rusiyadan boru kəməri ilə nəql olunan qazın idxalına dair məhdudiyyətlər isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minəcək.
Qərarın Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək, Rusiya enerji resurslarından asılılığı minimuma endirmək və alternativ təchizat mənbələrinə keçidi sürətləndirmək məqsədi daşıdığı bildirilir.