Yaxın Şərqdə gərginlik aviareyslərə təsir göstərdi
Hindistanın büdcə aviadaşıyıcısı IndiGo İran ətrafında vəziyyətin gərginləşməsi səbəbindən Bakıya (Azərbaycan), Tbilisiyə (Gürcüstan), Almatıya (Qazaxıstan) və Daşkəndə (Özbəkistan) həyata keçirilən reyslərini 28 yanvar 2026-cı ilədək ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Bu qərar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbir kimi qəbul edilib. Çünki uçuş marşrutları risklərin davam etdiyi İran hava məkanına yaxın ərazilərdən keçir.
Turqut Ansari
11:43 26.01.2026
Oxunuş sayı: 437