Hizbullahdan müharibəyə çağırış - ŞOK
Hizbullah İranı dəstəkləmək üçün ümumi müharibəyə çağırış edib.
Crossmedia.az xəbər verir ki, Hizbullah dünyadakı tərəfdarlarını İranı müdafiə etmək üçün "hərtərəfli müharibəyə" hazırlaşmağa çağıran bir bəyanat yayıb.
Təşkilat İrana qarşı hər hansı bir müharibənin "asan olmayacağını" və rəqibləri üçün ciddi itkilərlə nəticələnəcəyini xəbərdar edib.
Bəyanatda İslamın və onun ləyaqətinin müdafiəsi kimi təqdim edilən "fədakarlıq" əməliyyatları da daxil olmaqla, dini hakimiyyət orqanları cihad elan edərsə, silahlı hərəkətlərə hazırlıq xüsusilə vurğulanıb.
11:25 26.01.2026
Oxunuş sayı: 459