İrana qarşı çəkindirici addım: ABŞ Yaxın Şərqdə təlim keçirir
ABŞ Yaxın Şərqdə təlim keçirir.
Crossmedia.az "ƏL-ərəbiyyə"- yə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə çoxgünlük döyüş hazırlığı təlimlərinə başladığını açıqlayıb. Təlimlərin əsas məqsədi qırıcıların bölgədə yerləşdirilməsi, sürətli şəkildə yayılması və operativ şəkildə saxlanılması imkanlarını nümayiş etdirməkdir.
ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi tərəfindən yayımlanan rəsmi bəyanatda bildirilib ki, bu təlimlər bölgədə mümkün təcavüzlərin qarşısını almağa, səhv hesablama riskini azaltmağa və müttəfiq ölkələrin etimadını möhkəmləndirməyə xidmət göstərir.
Açıqlamada vurğulanıb ki, ABŞ Yaxın Şərqdə “etibarlı, döyüşə hazır və məsuliyyətli hərbi mövcudluq” saxlayır və bu mövcudluq regional sabitliyi qorumağa yönəlib. Məlumata əsasən, təlimlər “güc vasitəsilə sülhün möhkəmləndirilməsi” strategiyasının tərkib hissəsidir. (Əl-Ərəbiyyə)
10:03 26.01.2026
Oxunuş sayı: 563