ABŞ, Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına zəmanət verməkdən imtina edib və “İstəklilər Koalisiyası” ideyasını dəstəkləmir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton indi Ukraynaya NATO üzvü olmadan və qoşun yerləşdirmədən NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər vermək niyyətindədir.
Lakin Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsinə açıq şəkildə qarşı çıxır və bu səbəbdən belə bir sülhün əldə edilməsi çətin görünür.