15–18 yaşlıların ağır cinayətlərinə görə cəza mexanizmi sərtləşdirilir
Türkiyədə 15–18 yaş qrupuna aid şəxslərin ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edən cinayətlər törətməsi hallarında cəza yuxarı həddinin 27 ilə qaldırılması planlaşdırılır.
Crossmedia.az bu barədə Türkiye Gazetesi-nə istinadən xəbər verir. Məlumata görə, yeni tənzimləmə çərçivəsində həmin yaş qrupuna aid məhkumlar cəzanın icrasına uşaq tipli qapalı cəza infaz müəssisələrində başlayacaqlar. Eyni zamanda, məhkumun yaxşı davranış (iyi hal) nümayiş etdirdiyi müəyyən edilərsə, onların təhsil evlərinə köçürülməsi nəzərdə tutulur.
Qeyd olunur ki, planlaşdırılan dəyişiklik həm ictimai təhlükəsizliyin gücləndirilməsi, həm də cəzanın icrası prosesində islah və təhsil imkanlarının qorunması məqsədi daşıyır. Yeni yanaşma ilə ağır cinayətlərə görə daha sərt cəza mexanizmi tətbiq olunacaq, lakin azyaşlı məhkumların cəmiyyətə reinteqrasiyası üçün alternativ yollar da açıq saxlanacaq.
Sevinc Yarməmmədova
04:27 26.01.2026
Oxunuş sayı: 372