Khaby Lame şirkətinin böyük hissəsini 900 milyon dollara satdı
Dünyanın ən çox izlənən TikTok məzmun istehsalçısı Khaby Lame ona məxsus şirkətin böyük hissəsini 900 milyon dollara satıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma Lame-in sosial media fəaliyyəti əsasında qurduğu biznesin dəyərinin sürətlə artdığını göstərir. Məlumata görə, satışdan sonra Khaby Lame şirkətdə pay saxlayaraq fəaliyyətini davam etdirəcək.
Qeyd olunur ki, sadə və sözsüz videolarla qlobal məşhurluq qazanan Lame son illərdə reklam, brend əməkdaşlıqları və biznes layihələri hesabına böyük gəlir əldə edib.
Türkan Kərimli
01:23 26.01.2026
Oxunuş sayı: 341