Umar Nurməhəmmədov UFC 324 turnirində Fiqeredonu məğlub edib
Rusiyalı qarışıq döyüş növləri (MMA) təmsilçisi Umar Nurmagomedov Las-Veqasda (Nevada ştatı) keçirilən UFC 324 turnirində braziliyalı Deiveson Figueiredo üzərində qələbə qazanıb.
Crossmedia.az xəbər verir ki, yüngül çəki dərəcəsində baş tutan döyüş Nurməhəmmədovun hakimlərin yekdil qərarı ilə qalib gəlməsi ilə başa çatıb.
30 yaşlı Nurməhəmmədovun MMA karyerasında qələbələrinin sayı 20-yə çatıb, onun hesabında 1 məğlubiyyət var. 38 yaşlı Fiqeredonun aktivində 25 qələbə, 6 məğlubiyyət və 1 heç-heçə mövcuddur.
Braziliyalı idmançı daha əvvəl UFC-nin ən yüngül çəki dərəcəsində çempionu olub.
09:30 25.01.2026
Oxunuş sayı: 354