BƏƏ-də Ukrayna və Rusiya arasında amerikalılar olmadan təkcə üçtərəfli deyil, həm də birbaşa ikitərəfli danışıqlar aparılıb.
Məlumata görə, danışıqlarda əsas diqqət hərbi məsələlərə yönəlib və bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub.
Tərəflər qüvvələrin mümkün şəkildə ayrılması, hərbi əməliyyatların dayandırılmasına nəzarət mexanizmləri, eləcə də atəşkəsə nəzarət üçün koordinasiya mərkəzinin yaradılması imkanlarını müzakirə ediblər.
Danışıqlarda həmçinin atəşkəs pozuntularının müəyyən edilməsi üçün konkret meyarların formalaşdırılması məsələsi gündəmdə olub.
Bununla yanaşı, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Rusiya nəzarətində olmayan hissəsindən çıxarılmasında israr etməyə davam edir. Kiyev isə bu tələbi qəbul etmir və mövqeyini dəyişməyib.
Axios qeyd edir ki, danışıqlar konstruktiv mühitdə keçsə də, əsas siyasi və ərazi məsələləri üzrə tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.