NATO-dan etiraf: Azərbaycan Avropanı Rusiya enerjisindən xilas etdi
NATO baş katibinin müavini Radmila Sekerinska Azərbaycanın Avropanın Rusiya enerjisindən asılılığının azaldılmasında oynadığı rolu yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
Azərbaycan NATO müttəfiqlərinə əvvəlki enerji asılılığının aradan qaldırılmasında qətiyyətli və mühüm dəstək göstərib.
Onun sözlərinə görə, Rusiya enerji təchizatından imtina edən ölkələr bu boşluğu Azərbaycan qazı ilə doldura biliblər.
Bu da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayıb.
NATO rəsmisi vurğulayıb ki, bu addımlar Azərbaycana etibarlı enerji mənbəyi və etibarlı tərəfdaş kimi beynəlxalq nüfuz qazandırıb.
Məhz bu səbəbdən tərəflər minaların təmizlənməsi, dəniz limanlarının təhlükəsizliyi və kritik infrastrukturun qorunması kimi sahələrdə əməkdaşlığı müzakirə edirlər.
Sekerinskanın sözlərinə görə, mövcud əməkdaşlıq gələcək üçün möhkəm zəmin yaradır.
Bu tərəfdaşlıq həm Azərbaycan, həm də NATO üçün qarşılıqlı fayda vəd edir.
23:27 24.01.2026
Oxunuş sayı: 482