Tramp açıqladı: ABŞ Venesueladakı əməliyyatda gizli silahdan istifadə edib
ABŞ Prezidenti Donald Tramp Venesuelanın paytaxtı Karakasda keçirilən əməliyyat zamanı amerikalı qüvvələrin “Discombobulator” adlanan gizli silahdan istifadə etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, bu silah Venesuela müdafiə sistemlərini sıradan çıxarmağa və ABŞ-ə itki vermədən basqın keçirməyə imkan verib.
Hadisə 3 yanvarda baş verib, helikopterlər Karakasa daxil olarkən avadanlıqlar işlək vəziyyətə salınıb.
Prezident əlavə edib ki, silahın texniki detalları ilə bağlı müzakirə aparmaq səlahiyyəti yoxdur.
22:11 24.01.2026
Oxunuş sayı: 537