Tramp: Çin Kanadanı məhv edə bilər
- ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karnini qubernator təyin etdi.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tramp bu barədə özünün Truth Social səhifəsində yazıb: "Əgər qubernator Karni Kanadanı ABŞ-a göndərilən Çin malları və məhsulları üçün "tranzit nöqtəsinə" çevirə biləcəyini düşünürsə, təəssüf ki, yanılır".
O, həmçinin Çinin "Kanadanı diri-diri yeyəcəyi" və ölkənin biznesini və sosial strukturunu məhv edəcəyi fikrini də dilə gətirib.
20:42 24.01.2026
Oxunuş sayı: 427