Koronavirus yalan oldu: Hindistanda ölümcül virus yayılır
Hindistanda ölümcül və sağalmaz Nipah virusunun yayılması qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, təkcə bu həftə ölkədə beş yoluxma halı təsdiqlənib. Virus heyvanlardan insanlara keçir və insanlar arasında sürətlə yayılır. İlk simptomlar qızdırma, baş və əzələ ağrısı ilə başlayır. Ağır hallarda xəstələr 24-48 saat ərzində komaya düşə bilir.
Nipah virusundan ölüm nisbəti 40%-dən 75%-ə qədər dəyişir.
Hazırda onun üçün heç bir müalicə və ya peyvənd mövcud deyil.
Alimlər bu virusu yüksək pandemiya potensialına malik prioritet patogen kimi qiymətləndirirlər.
20:12 24.01.2026
Oxunuş sayı: 491