Fransalı siyasətçi: Tramp dəli deyil
“Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyasının lideri Jan-Lük Melanşon, ABŞ prezidenti Donald Trampın siyasətini müdafiə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Tramp dəli deyil, aydın, davamlı və strategiyaya malik siyasət həyata keçirir.
Melanşon əlavə edib ki, Ağ Ev rəhbərinin əsas məqsədi Çinlə bağlıdır.
“O Çinin quru və dəniz dəhlizlərindən təcrid edilməsi siyasəti aparır və hazırda Qərb yarımkürəsini Çindən təmizləməklə məşğuldur. Onun addımları sərtdir amma effektivdir”, — deyə Fransa lideri vurğulayıb.
19:38 24.01.2026
Oxunuş sayı: 536