Türkiyə siyasətində gərginlik: Baxçalı-Ərdoğan görüşündə yeni qərarlar gözlənilir
MHP lideri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Görüşdə Baxçalı kabinetdə dəyişiklik edilməsi tələbi ilə çıxış edib.
Ərdoğan bu tələbi qəbul edib və ehtimal olunur ki, Daxili İşlər Nazirinin rəhbərliyində dəyişiklik edilə bilər.
Məlumata görə, kabinetdəki dəyişikliklərin nə zaman həyata keçiriləcəyi hələ dəqiqləşməyib.
18:18 24.01.2026
Oxunuş sayı: 662