Ermənistan parlamentindən sərt qərar: ruslar üçün yaşayış icazəsi çətinləşir
Ermənistan parlamenti Rusiya vətəndaşları üçün yaşayış icazəsi və daimi yaşayış icazəsi alma qaydalarını sərtləşdirən qanun düzəlişlərini təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yeni dəyişikliklərə əsasən, Ermənistan müvəqqəti və daimi yaşayış icazələri üçün illik kvotalar tətbiq etməyi planlaşdırır.
Müəyyən edilmiş kvotalar dolduqdan sonra təqdim edilən yeni müraciətlər avtomatik şəkildə rədd olunacaq.
Qanunvericiliyə edilən düzəlişlərin 1 noyabr 2026-cı il tarixindən qüvvəyə minəcəyi bildirilir.
Qərar Rusiyadan Ermənistana köç edən və ya uzunmüddətli yaşamaq istəyən şəxslərin imkanlarına birbaşa təsir göstərəcək.
18:24 24.01.2026
Oxunuş sayı: 664