İranlı siyasətçi ABŞ-ə xəbərdarlıq edib
ABŞ-nin İrana qarşı istənilən hərbi addımı sərt və çəkindirici cavabla qarşılanacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH-ın keçmiş komandiri İsmayıl Kövsəri çıxış edib.
Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, Qərbi Asiyada yerləşən Amerika hərbi bazaları əsas hədəflərdən birinə çevriləcək.
Siyasətçi vurğulayıb ki, İran Silahlı Qüvvələri əvvəlki qarşıdurmalardan əldə olunan təcrübə əsasında daha yüksək döyüş hazırlığı səviyyəsinə çatıb.
Kövsəri əlavə edib ki, düşmən tərəfin istənilən aqressiv hərəkəti cavabsız qalmayacaq və Tehran milli təhlükəsizliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcək.
18:11 24.01.2026
Oxunuş sayı: 364