ABŞ-də Qrenlandiya ilə bağlı real təhlükə barədə məlumat yoxdur
ABŞ rəsmiləri Ağ Ev rəhbəri Donald Trampın açıqlamalarına baxmayaraq, Rusiya və ya Çinin Qrenlandiyaya qarşı hər hansı bir təhlükəsizlik təhdidi barədə məlumatlarının olmadığını etiraf ediblər.
Crossmedia.az bu barədə “The New York Times” qəzetinə istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, hazırkı mərhələdə ABŞ kəşfiyyat strukturlarında bölgə ilə bağlı fövqəladə risklərə dair konkret sübutlar mövcud deyil.
ABŞ-nin keçmiş kəşfiyyat analitiki Con Kalv bildirib ki, əgər Tramp administrasiyasının Qrenlandiya ilə bağlı real və ciddi təhlükəsizlik məlumatları olsaydı, bu informasiyalar artıq mediaya sızmış olardı.
Onun sözlərinə görə, belə məlumatların gizli saxlanılması uzun müddət mümkün deyil.
İndiki vəziyyət Trampın iddialarının daha çox siyasi xarakter daşıdığını göstərir.
18:02 24.01.2026
Oxunuş sayı: 436