ABŞ vitse-prezidentinin Ermənistana səfərinin məqsədi açıqlanıb
ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvana dəqiq səfər tarixi məlum deyil. Səfər dəqiqləşdiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər zamanı TRİPP layihəsi çərçivəsində əldə olunan irəliləyişlər müzakirə olunacaq və layihənin sürətləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Açıqlamada ,həmçinin qeyd olunub ki, ABŞ–Ermənistan əməkdaşlığı çərçivəsində nüvə energetikası, süni intellekt, mikroçip istehsalı və digər yüksək texnologiya sahələrində bir sıra yeni addımların atılması gözlənilir.
17:57 24.01.2026
Oxunuş sayı: 407