Suriyada atəşkəs başa çatır
Suriyada hökumət qüvvələri ilə YPG terror təşkilatı arasında əldə edilən razılaşma çərçivəsində elan olunan dörd günlük atəşkəsin müddəti başa çatır.
Crossmedia.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi atəşkəsin uzadılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Nazirliyin açıqlamasına görə, 20 yanvar tarixində qüvvəyə minən atəşkəs müvəqqəti xarakter daşıyıb.
YPG-yə nəzarətində olan ərazilərin inteqrasiyası ilə bağlı plan hazırlamaq üçün dörd gün vaxt verilməsi məqsədi daşıyıb.
Rəsmi Dəməşq atəşkəsin uzadılması ilə bağlı hər hansı yeni qərarın olmadığını vurğulayıb.
Atəşkəs müddətinin bitməsi bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
17:18 24.01.2026
Oxunuş sayı: 610