Uraldakı Azərbaycan diasporunda qalmaqal: yeni rəhbərlə bağlı şok iddia
Ural regionunda Azərbaycan diasporunun yeni rəhbəri Kərim Qasımov sələfi Şahin Şıxlinskinin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə 66.ru portalı məlumat yayıb.
Mənbənin iddiasına əsasən, 2017-ci ildə keçmiş polis polkovniki olan Kərim Qasımov azərbaycanlılar arasında planlaşdırıldığı iddia edilən qətllərlə bağlı telefon danışıqlarının tərcüməsində iştirak edib. Bildirilir ki, həmin danışıqlar istintaq materiallarına daxil edilib.
Qeyd olunur ki, diasporun əvvəlki rəhbərliyində təmsil olunan şəxslərdən ikisi hazırda məhkəməyəqədər həbsdədir. Şahin Şıxlinski sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılıb, Vidadi Mustafayev isə dələduzluq ittihamı ilə üzləşib.
Hadisə Uraldakı Azərbaycan diasporu ətrafında ciddi müzakirələrə və suallara səbəb olub.
17:21 24.01.2026
Oxunuş sayı: 543