Türkiyənin müdafiə sənayesinin aparıcı qurumlarından biri olan Maşın və Kimya Sənayesi (MKE) Qətərə TOLGA silah sisteminin ixracı ilə bağlı mühüm razılaşma imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşma ötən həftə Doha şəhərində keçirilən DIMDEX beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunub.
Məlumata görə, bu anlaşma Türkiyənin müdafiə sənayesi məhsullarının Körfəz regionuna çıxışını genişləndirir və MKE-nin beynəlxalq bazardakı mövqeyini daha da gücləndirir. Razılaşmanın texniki detalları və təhvil-təslim qrafiki ilə bağlı məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.